İngiltərənin "Times" qəzeti, ölkənin xarici kəşfiyyat xidməti MI6-nın xəfiyyə sayını artıracağını yazıb. "Times" qəzetinin bugünki, sayında kəşfiyyat xidmətinin 2020-ci ilə qədər təxminən 1000 nəfəri işə götürəcəyini yazıb. Yeni gələnlərlə birlikdə MI6-nın personal sayı 3500 nəfər olacaq.
Qeyd edək ki, İngiltərənin paytaxtı Londonda 2005-ci il iyul ayının 7-də təşkil olunan hücumlardan sonra MI6- personal sayı təxminən 40 faiz artmışdı.