İŞİD-çi qadını küçələrdə gəzdirərək ifşa etdilər
9-09-2015, 18:01
0
İŞİD-çi qadını küçələrdə gəzdirərək ifşa etdilər
İspaniya təhlükəsizlik qüvvələri Gandia şəhərində İŞİD terror təşkilatına üzv toplamağa çalışmaqda ittiham olunan 18 yaşlı Mərakeş əsilli qadını əməliyyatla həbs edib.
Adının Raja olduğu açıqlanan gənc qadının evinə təşkil edilən basqında həbs olunduqdan sonra əlləri qandallı şəkildə qara maskalı polislərin nəzarəti altında şəhər sakinlərinin gözləri qarşısında küçələrdə gəzdirilib.
Xalqın böyük diqqətini çəkən əməliyyat çərçivəsində şübhəlinin evindən götürülən bəzi materialların da qutulara yığılaraq polislər tərəfindən aparıldığı bildirilir. Polisin açıqlamasında bildirilir ki, qadın internet vasitəsi ilə İŞİD-ə üzv toplayırmış və yaxıb günlərdə Türkiyə üzərindən Suriyaya getmək üçün hazırlıqlar edirmiş.
İspaniyada son 1 ildə çoxlu sayda şəxs İŞİD-ə üzv və maliyyə dəstəyi toplamaq ittihamı ilə həbs olunub. Təhlükəsizlik səlahiyyətliləri indiyə qədər təxminən 100 İspaniya vətəndaşının İŞİD-ə qoşulduğunu açıqlayıb. Bu şəxslərin İspaniyaya qayıtdıqdan sonra terror hücumları təşkil edəcəklərindən narahatlıq var.
скачать dle 12.1