Mosul uğrunda döyüşlərdə ilk amerikalı hərbçi həlak oldu

21-10-2016, 15:39
0
Mosul uğrunda döyüşlərdə ilk amerikalı hərbçi həlak oldu
Mosulun azad edilməsi uğrunda başlayan əməliyyatda ilk amerikalı hərbçi həlak olub. Bu barədə «Associated Press» məlumat yayıb.
Məlumata görə, amerikalı hərbçi döyüşlərin intensiv getdiyi bölgədə kürd silahlılarına kömək edirmiş. Onun oktyabrın 20-də aldığı yaradan dünyasını dəyişdiyi bildirilir. Hadisə ilə bağlı başqa detallar açıqlanmır. Yalnız o bildirilir ki, əməliyyatda xüsusi təyinatlı qüvvələrin 100 hərbçisi iştirak edib.
İraqın ikinci böyük şəhəri olan Mosulun İŞİD-dən təmizlənməsi uğrunda döyüşlər oktyabrın 17-də başlayıb. Bundan iki gün əvvəl isə terrorçuların hədəflərinə ABŞ və beynəlxalq koalisiya qüvvələrinin qırıcıları tərəfindən aviazərbələr endirilib.
Kəşfiyyat məlumatına görə, şəhərin müdafiəsi üçün vuruşan İŞİD-çilərin sayı 6 minə yaxındır.
скачать dle 12.1
Xəbər lenti