Kürdlər Türkiyədə yürüşə başladı

10-09-2015, 19:24
0
Kürdlər Türkiyədə yürüşə başladı

Türkiyənin kürdpərəst müxalifət partiyası (HDP) bildirir ki, təhlükəsizlik qüvvələri onların Cizre şəhərinə daxil olmasına yenə də mane olublar.

HDP həmsədri Səlahəddin Dəmirtaş və həmkarları dağlar vasitəsilə şəhərə girəcəklərini bildirib. Onların konvoyunun qarşısı çərşənbə günü alınıb.

Ordu Cizre şəhərində təhlükəsizlik əməliyyatlarını həyata keçirir. İnsan haqları qruplarının bildirdiyinə görə, əməliyyatlar bir neçə sakinin ölümünə səbəb olub.

Prokurorluq S.Dəmirtaşı prezidenti təhqir etdiyinə görə istintaqa cəlb edib. Onlar millət vəkilinin parlament toxunulmazığından məhrum olmasını istəyirlər.

İyul ayında atəşkəsin pozulmasından sonra Türkiyə ordusu və kürd PKK döyüşçüləri arasında zorakılıq artmaqdadır.

Türkiyədə noyabr ayında yeni seçkilərin keçiriləcəyi gözlənilir.

Cizreye giriş Türkiyə təhlükəszilik qüvvələri tərəfindən bağlanıb

Bundan başqa Türkiyə hökuməti holland jurnalisti deportasiya edib. Bazar günü həbs edilmiş Frederike Geerdink kürd silahlı təşkilatı olan PKK ilə əməkdaşlıqda ittiham edilib.

Bu ilin əvvəli iki britaniyalı jurnalist də ölkədən deportasiya edilib. Onların iraqlı həmkarı isə hələ də saxlanılır.

Cizre şəhərinə çatmağa cəhd edən HDP heyətinin tərkibində parlamentin 30 üzvü və Türkiyə müvəqqəti kabinetinin iki üzvü var.

Qrup çərşənbə günü yürüşə başlayıb, lakin qarşısı alınıb. Cümə axşamı partiyadan verilən məlumata görə, onlara polis müdaxilə edib.

HDP millət vəkili Garo Paylan yürüşdən şəkilləri tvitləyib.

Bu şəkli HDP millət vəkili Garo Paylan cümə axşamı tvitləyib

Cizre keçən həftədən komendant saatı altındadır. Yerli sakinlərin bildirdiyinə görə, "onlar mühasirədədir".

"Zorakılıq nəticəsində qətlə yetirilmiş 10 yaşlı oğlanın cəsədi ailəsi tərəfindən soyuducuda saxlanılır, çünki hərəkətə qoyulmuş məhdudiyyət nəticəsində onlar cəsədi dəfn edə bilmirlər" - deyə BBC-yə məlumat verilib.

S.Dəmirtaş bildirib ki, Türkiyə "vətəndaş müharibəsinə doğru gedir".

Suriya ilə sərhədə yaxın Cizre şəhərində baş vermiş zorakılıq nəticəsində bir neçə sakin həlak olub

1984-cü ildə PKK-nın silahlı kampaniyaya başlamasından bəri 40 mindən çox insan həyatını itirib. Qruplaşma Türkiyənin daxilində müstəqil kürd dövləti istəyir.

2013-cü ildə imzalanmış atəşkəs iyul ayında - Suriya ilə sərhəddə güman edilən "İslam Dövləti" silahlısının bombalı hücumundan sonra pozulub. Hücum kürd silahlıları ilə Türkiyə arasında qarşılıqlı ittihamlara səbəb olub.

Qrup çərşənbə günü yürüşə başlayıb, lakin qarşısı alınıb

Bu gün isə Türkiyənin müvəqqəti seçki hökumətinin daxili işlər naziri Səlami Altınok Şırnak vilayətinin Cizre qəsəbəsində aparılan antiterror əməliyyatı haqqında məlumat verib.

S.Altınok Cizredə komendant saatı elan olunduğunu xatırladıb: "Cizredə aparılan əməliyyatlarda məqsəd terror aktlarına son qoyulması, minalanmış ərazilərin təmizlənməsi və dövlət hakimiyyətini bərqərar etmək məqsədi daşıyır. Təhlükəsizlik qüvvələrimiz mülki əhalinin zərər görməməsi üçün maksimum diqqət göstərir. Əməliyyatlar nəticəsində 800 kq partlayıcı maddə zərərsizləşdirilib, terrorçuların yollarda qazdığı 30 xəndək doldurulub. Qüvvələrimizə doğru 21 qumbaraatan mərmisi atılıb, 6 ədəd zirehli texnika sıradan çıxıb. 32 terrorçu məhv edilib. Cizredəki əməliyyatları ən qısa müddətdə yekunlaşdırıb küçəyə çıxma yasağını ləğv edəcəyik".

Qeyd edək ki, Cizredə əməliyyatlar sentyabrın 4-də başlayıb. (virtual)

скачать dle 12.1
Xəbər lenti