İsveçin sağ-mühafizəkar partiyası - “İsveç demokratları” Partiyasının üzvü Qunillı Şmidtin açıqlaması ölkədə etiraz dalğası doğurub.
Adı çəkilən partiya ölkəyə miqrant axınını milli təhlükəsizliyə hədə hesab edir.
Şmidt problemin özünə məxsus həllini təklif edib: İsveçi Danimarka ilə birləşdirən boğazın üstündəki Eresunnski körpüsündə pulemyot qoymaq.
“Yalnız pulemyot kömək edə bilər” – yazıb o, facebook səhifəsində. O, həmçinin, ölkədə işsizliyə görə müavinətlərin həcminin Almaniya və Danimarkadan fərqli olaraq azaldılmamasından narazıdır. Şmidtə görə, “təbii ki, belə vəziyyətdə qaçqınlar məhz İsveçə düşmək istəyirlər”.
“Evening Post” qəzetinin əməkdaşları ondan bu bəyanatı şərh eləməyi xahiş etdikdə siyasətçi bildirib ki, bu, yalnız müvəqqəti müdaxilə olub və yazısını silib.