Türk əsgərinə bomba yüklü avtomobillə hücum: ölən və yaralananlar var

7-12-2016, 14:58
0
Türk əsgərinə bomba yüklü avtomobillə hücum: ölən və yaralananlar var
"Fırat Qalxanı" hərakatının 106 gündür davam etdiyi Suriya torpaqlarında İŞİD terrorçuları tərəfindən günorta saatlarında Əl-Bab bölgəsində yerləşmiş və Kayseridən gələn Desant Taborunun olduğu əraziyə bomba yüklü avtomobillə hücum təşkil edib.
 
 Türk Silahlı Qüvvələrindən verilən açıqlamada bildirilir ki, hücumda 1 əsgər dünyasını dəyişdiyi, 6 əsgər isə yaralanıb. 
 
TSQ-nin hücuma dair verdiyi açıqlamasında Suriyadakı 12 İŞİD hədəfinin vurulduğu qeyd olunub. Açıqlamada, "12 hədəf atəş altına alınaraq məhv edilmişdir. Hava hücumları nəticəsində ilk təsbitlərə görə 23 İŞİD terrorçusu öldürülüb. Çoxlu sayda yaralı terrorçunun olduğu xəbəri alınır", - deyilir.
скачать dle 12.1
Xəbər lenti