Suriyada müxtəlif terror qruplaşmalarının əsas dayağı sayılan Hələb şəhəri tamamilə azad olunmaq ərəfəsindədir.
Artıq şəhərin təxminən 10 faizinin terrorçu qruplaşmalarının əlində olduğu bildirilir. Terror qruplşamaları orduya qarşı birləşərək, koalisiya yaratsalar da cəmi iki gün sonra yaranan birliyin lideri məhv edildi. Peyk və müxtəlif vasitələrlə terrorçulara daim kəşfiyyat məlumatı və hər cür silah göndərən Qərb də getdikcə ümidsizliyə qapılmaqdadırlar.
Terror qruplaşmalarının ən güvəndiyi sığınacaq isə xalqın özüdür. Yəni onlar əhalidən sipər kimi istifadə edərək, özlərini qoruyurlar. Hətta çox hallarda terrorçular bir tərəfdən digər tərəfə getmək üçün azyaşlı uşaqları özləri ilə aparırlar ki, ordu qüvvələri onları hədəfə almasın.
Görəcəyiniz videokadrlarda ordu çətinliklə də olsa əhalini terrorçuların olduğu ərazilərdən çıxarmağa çalışır.
Kremlin sözcüsü Dmitri Peskov Hələbdə ancaq "Ən-Nusra" terrorçularının qaldığını bəyan edib.