Lazkiyədəki Rusiya hərbi bazasını Çeçenlər qoruyacaq

8-12-2016, 15:43
0
Lazkiyədəki Rusiya hərbi bazasını Çeçenlər qoruyacaq

Çeçen xüsusi qüvvələri Rusiyanın Lazkiyədəki Hmeymin bazasını qorumaq üçün Suriyaya gedəcək.

"İzvestiya"nın xəbərinə görə, Çeçenistanın "Vostok" və "Zapad" adlı xüsusi batalyonlarında xidmət edən əsgərlər noyabr ayından bəri Suriyaya göndərilmək üçün hazırlanır. Əsgərlərin dekabrın sonunda Suriyaya göndəriləcəyi bildirilir.
 
2003-cü ildə yaradılan bu batalyonlar, Çeçenistan əsilli şəxslərdən ibarətdir. Qırmızı beretləri olan bu xüsusi qüvvələr çöl-səhra şəraitində daha təcrübəlidirlər.

Çeçen əsgərlərin Hmeymimi qorumaq üçün Suriyaya göndəriləcəyinə dair bu iddia Rusiya rəsmiləri tərəfindən təsdiqlənməyib.

 

скачать dle 12.1
Xəbər lenti