NATO-nun Avropa Müttəfiq Qüvvələri komandiri, general Kortis Skaparrotti, dövlət çevrilişi cəhdindən sonra Türkiyənin Brüsseldə olan vəzifəli zabitlərinin vəzifədən uzaqlaşdırılmasının ittifaqı zəiflətdiyini deyib.
Skaparrotti bildirib ki, NATO-dakı vəzifələrindən kənarlaşdırılan zabitlərin 15 iyul dövlət çevrlişində iştirak etdiyinə inanmıram. Türkiyə Silahlı Qüvvələrinə mənsub təxminən 150 yüksək rütbəli hərbi personalın həbs olunub. Bu zabitlər, NATO-ya mühüm xidmətlər edib. Burada istedadlı insanlarla birlikdə işləyirdim və hazırda komandamda istedad, peşəkarlıq cəhətdən zəifləmə görürəm. Bu şəxslər stajlı personal olduqlarına görə bizi əhəmiyyətli dərəcədə təsir edib və ciddi təcrübə itkisinə yol açıb.
Qeyd edək ki. NATO-dakı vəzifəsindən uzaqlaşdırılan zabitlər arasında polkovnik, polkovnik-leytenant və generallar da var.