Amerikalı general: “Mosulda 5 minə qədər İŞİD terrorçusu qalmaqdadır”

12-12-2016, 12:07
0
Amerikalı general: “Mosulda 5 minə qədər İŞİD terrorçusu qalmaqdadır”
İraqın Mosul şəhərində hələ də, 3 mindən 5 minə qədər İŞİD terrorçusu qalmaqdadır və şəhərə hücum başlanan vaxtdan təqribən 2 min silahlı öldürülüb və ya yaralanıb.
Bu barədə İraq və Suriyada İŞİD-ə qarşı aparılan beynəlxalq hərbi əməliyyatlara komandanlıq edən ABŞ generalı Stiven Taunsend məlumat verib.
Taunsend qeyd edib ki, Mosulun azad olunması üçün irəliləmək asan olmayacaq, çünki orada evlər bir-birinə olduqca sıx şəkildə tikilib.
скачать dle 12.1
Xəbər lenti