Filippinin qalmaqallı prezidenti Rodriqo Duterte üç dəfə adam öldürdüyünü etiraf edib.
BBC-nin məlumatına görə, Duterte bu qətlləri Davaonun meri işlədiyi vaxtlarda törətdiyini bildirib.
“Üç nəfəri öldürdüm. Tapançamdan onlara neçə dəfə atəş açdığımı xatırlamıram. Belə bir şey olub və mən inkar edərək yalan danışmaq istəmirəm», deyə Duterte narkobaronları necə öldürdüyünə aydınlıq gətirib.