Türkiyədə min nəfərdən çox Gülən tərəfdarı saxlanıldı

26-12-2016, 19:36
0
Türkiyədə min nəfərdən çox Gülən tərəfdarı saxlanıldı

Türkiyədə son bir həftə ərzində antiterror əməliyyatları nəticəsində 1682 nəfər saxlanılıb.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin saytı məlumat verir.

Məlumatda qeyd olunur ki, saxlananlardan 508 nəfəri PKK, 78 nəfəri İŞİD, 1098 nəfəri Fətullah Gülən hərəkatına qarşı əməliyyatlar zamanı həbs olunub.

Son bir həftə ərzində Türkiyənin hüquq-mühafizə orqanları və Silahlı Qüvvələri ümumilikdə 220 antiterror əməliyyatı keçirib. 8 terrorçu zərərsizləşdirilib.

скачать dle 12.1
Xəbər lenti