Rusiya təyyarə qəzasının terror olduğunu istisna edir

26-12-2016, 19:39
0
Rusiya təyyarə qəzasının terror olduğunu istisna edir

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Qara dənizdə Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsinin terror nəticəsində qəzaya uğradığını istisna edib.

FTX-nın irəli sürdüyü əsas versiyaya görə, qəzaya səbəb təyyarə mühərrikinə kənar predmetin düşməsi, keyfiyyətsiz yanacaq, pilotun səhvi və texniki nasazlıq ola bilər.

Məlumatda qeyd olunur ki, təyyarədə terror aktı və ya diversiya əlamətləri aşkarlanmayıb.

скачать dle 12.1
Xəbər lenti