Avropa Məhkəməsi Azərbaycana qarşı daha 10 iş üzrə kommunikasiya başlayıb.
Bu barədə vəkil Fariz Namazlı öz feysbuk səhifəsində yazıb. Bu işlər informasiya azadlığı hüququnun pozuntusu ilə bağlıdır.
1. Azər Mehdiyev (İqtisadi Təşəbbüslərə Yardım İB) ARDNŞ-a qarşı informasiya sorğusu ilə müraciət edib (Sorğuda ARDNŞ-in investisiya layihələri ilə bağlı məlumatlar istənilib)
2. Azad İqtisadiyyata Yardım İB Nazirlər Kabinetinə qarşı informasiya sorğusu ilə müraciət edib, Sorğuda 2010-cu il dövlət büdcəsinin icrası ilə bağlı məlumatlar istənilib.
3. Neftçilərin Hüquqlarının Müdafiə İB ARDNŞ-a informasiya sorğusu ilə müraciət edib, ARDNŞ sorğuda göstərilən məlumatları verməkdən imtina edib. Yerli məhkəmələr İB-nin şikayətlərini təmin etməyib.
4. Xalid Ağəliyev AzTV-ə informasiya sorğusu ilə müraciət edib, Sorğuda 2009-cu il dövlət büdcəsindən AzTV-yə nə qədər vəsaitin daxil olması və xərclənməsi ilə bağlı məlumatlar istənilib.
5. Media Hüquq İnstitutu Milli Məclisə sorğu ilə müraciət edib, sorğuya cavab verilməyib.
6. Rövşən Hacıyev Səhiyyə Nazirliyinə sorğu ilə müraciət edib, sorğuya cavab verilməyib. Qəbələ Radiolokasiyası ilə bağlı məlumatlar istənilib.
7. Yaşar Ağazadə Kür Araz çaylarının daşması ilə əlaqədar yaranan Dövlət Komissiyasına sorğu ilə müraciət edib, sorğuya cavab verilməyib.
8. Azad İqtisadiyyata Yardım İB AzTV-yə sorğu ilə müraciət edib. Sorğuya cavab verilməyib.
9. AİYİB Nazirlər Kabinetinə sorğu ilə müraciət edib, sorğuya cavab veriıməyib.
10. Natiq Ədilov BDU-nin maliyyə hesabatı ilə bağlı Maliyyə Nazirliyinə sorğu ilə müraciət edib. Nazirlik BDU-ya müraciət etməyi məsləhət görüb.
Bu işlər üzrə nümayəndələr Fariz Namazlı, Rəşid Hacılı və Zibeydə Sadıqovadır.
Avropa Məhkəməsi Hökümətə 03 aprel 2017-ci ilə qədər Konvensiyanın 6.1 (ədalətli məhkəmə araşdırması və əsaslandırılmış məhkəmə qərarının alınması hüququ), 10 (informasiya əldə etmək azadlığı) və 2 iş (Ağəliyev və AİYİB) üzrə Konvensiyanın 13-cü maddəsi (effektiv müdafiə vasitələrinin olmaması) pozuntunun olub olmaması ilə bağlı cavab verməsini tələb edib.