Vəhabi terrorçuların təbliğat videosu ifşa oldu - VİDEO

14-09-2015, 17:10
0
Vəhabi terrorçuların təbliğat videosu ifşa oldu - VİDEO
“Səni Allaha and veririk, ey şəhid! Söylə nə gördün ki, belə gülümsədin?”  Bir müddət öncə bu ifadələrlə yayımlanan bu video bütün dünya  gündəmini tutmuşdu. Kadrlardan görünürdü ki, İŞİD terrorçusu Əbu Həcir «can verərkən» gülümsəyir. Guya ki, bu terrorçu ölərkən, bəsirət gözü açılır və cənnəti, Peyğəmbəri (s) görərək gülümsəyir.
 
Bu günlərdə isə həmin videonun davamı da paylaşılıb. FaktXəbər olaraq təqdim etdiyimiz bu videoda gülümsəyərək can verən «şəhidin» gülərək başını qaldırdığı və ayağa qalxmağa hazırlaşdığı görünür. Kadrlarda yer alan sadəcə 3 saniyə belə İŞİD terrorçularının nə qədər hiyləgər olluğunu və öz təbliğatları üçün nələrə əl atdığını bir daha sübut edir.
скачать dle 12.1
Xəbər lenti