Əfqanıstanda 350 məhbus həbsxanadan qaçdı

14-09-2015, 17:18
0
Əfqanıstanda 350 məhbus həbsxanadan qaçdı
Əfqanıstanın Qazni şəhərində azı terrorçuların hücumu nəticəsində 352 məhbus  həbsxanadan  qaçıb. Əsasən «Taliban» terrorçuları üçün nəzərdə tutulan müəssisədən qaçanlardan 150-si radikal hərəkatın üzvləri olub. Bildirilir ki, terrorçular Əfqanıstan Silahlı Qüvvələrinin geyimində olublar və yaxşı təşkilatlanıblarmış.
 
Hücum nətğicəsində yaranan qarşıdurmada 4 hüquq mühafizəçi və 7 terrorçu həlak olub.
 
«Taliban» hərəkatının nümayəndəsi Zabihulla Mucahid (Zabihullah Mujahid) həbsxanadan bütün məhbusların qaçdığını bəyan edib.
скачать dle 12.1
Xəbər lenti