ABŞ-ın Suriyaya həmlələrinə hansı dövlətlər qoşula bilər?

14-04-2018, 15:17
6 844
ABŞ-ın Suriyaya həmlələrinə hansı dövlətlər qoşula bilər?

ABŞ ötən həftə Suriyada baş vermiş kimyəvi silah hücumuna cavab vermək üçün beynəlxalq koalisiyanı səfərəbər etmək üzərində işləyir. Bu arada ABŞ-a götürülə biıəcək hərbi ölçüdə hansı ölkələrin qoşulacağına dair spekulyasiyalar dolaşır.

Britaniya baş naziri Tereza Mey aydın edib ki, onun hökuməti ABŞ-ın rəhbərlik etdiyi zərbələrə qoşulmağa hazırdır.

Mey planları müzakirə etmək üçün kabinet iclası keçirib. Eyni zmanda Britaniya müxalifəti ABŞ-a qoşulmaq üçün parlamentin razılığını tələb edir.

Fransa prezidenti Emmanuel Makron Suriyaya “sərt” cavab veriləcəyini vəd edib:

“Bizdə sübut var ki, ötən həftə kimyəvi silahlardan istifadə olunub – ən azı xlorin qazından – və bunlar Bəşar əl-Əsəd rejimi tərəfindən istifadə olunub.”

Almaniya kansleri Angela Merkel ölkəsinin zərbələrdə iştirak etməyəcəyini aydın edib. Lakin o, Almaniyanın Suriyaya qarşı ölçüləri dəstəklədiyini bildirib.

“Biz kimyəvi silahlardan istifadənin qətiyyən qəbuledilməz olduğunu aydın etmək üçün atılan bütün addımları dəstəkləyirik,” Merkel bildirib.

Əsəd rejiminin əleyhdarı olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Dəməşqə qarşı götürüləcək ölçülərlə bağlı qeyri-aydın mövqe sərgiləyir.
Əsəd rejiminin əleyhdarı olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Dəməşqə qarşı götürüləcək ölçülərlə bağlı qeyri-aydın mövqe sərgiləyir.

Türkiyənin bu yönümdə verdiyi siqnallar qarışıqdır. Bir tərəfdən Türkiyə prezidentinin sözçüsü Suriya rejiminin “bədəl ödəməli” olduğunu vurğulayıb.

Digər tərəfdən baş nazir Binəli Yıldırım Suriyada ABŞ-la Rusiya arasındakı qarşıdurmanı “küçə davası”-na bənzədib.

скачать dle 12.1
Xəbər lenti