Erməni sənətçiləri hakimiyyətə etiraz olaraq mükafatlardan və adlardan imtina edirlər

24-04-2018, 18:49
3 699
Erməni sənətçiləri hakimiyyətə etiraz olaraq mükafatlardan və adlardan imtina edirlər

Ermənistanda artistlər onlara dövlətin verdiyi fəxri adlardan hakimiyyətin etirazçılara sərt münasibətinə görə imtına edirlər.

“Kadans” musiqili teatrının təsisçisi və icraçı direktoru Nika Babayan “Ermənistanın əməkdar mədəniyyət xadimi” fəxri adından imtına edib.

“Hakimiyyətinin özbaşınalığı üzündən, ölkənin vətənpərvərlərinin saxlanılmasına etiraz olaraq “Ermənistanın əməkdar mədəniyyət xadimi” adını daşımağa daha özüm üçün mümkün hesab etmirəm”, deyə Babayan özünün “Facebook” səhifəsində yazıb.

Aktyor Mkrtiç Arzumanyan “Ermənistanın xalq artisti” fəxri adından imtına edib. Bu barədə o, özünün “Instagram” səhifəsində yazıb.

Həmçinin, ölkənin mügənnisi Erna Yüzbaşyan özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində bildirib ki, “Ermənistanın əməkdar artisti” fəxri adından imtına edir: “Hesab edirəm ki, ölkəmin xoşbəxtliyi və çiçəklənməsi bütün medal vəmükafatlardan vacibdir”.

Kinorejissor Ruben Qasparyan 2014- cü ildə ona Serj Sarkisyanın verdiyi mükafatdan açıq şəkildə imtina etdiyini bildirib.

скачать dle 12.1
Xəbər lenti