Nikol Paşinyan Ermənistanın Baş naziri oldu

8-05-2018, 20:31
7 725
Nikol Paşinyan Ermənistanın Baş naziri oldu

Ermənistan parlamenti ikinci turda yeni baş naziri seçib.
Mayın 8-də ölkə parlamentində hökumət başçısı seçkisi keçirilib.

Ermənistanın baş naziri vəzifəsinə “Mənim Addımım” Hərəkatının sədri, parlamentdəki “Çıxış” deputat fraksiyasının rəhbəri Nikol Paşinyan yeganə namizəd olub.

Ölkə konstitusiyasına əsasən, baş nazir ən azı 53 deputatın səsi ilə seçilir.

Qeyd edək ki, parlamentdə deputat fraksiyası olan Respublikaçılar Partiyası (58 deputat), “Tsarukyan” (31 deputat), “Çıxış” (9 deputat), “Daşnaksütyun” (7 deputat) qruplarının hamısı səsverməyə qatılıb.

скачать dle 12.1
Xəbər lenti