Kremlin tənqidçisini Kiyevdə kimlər öldürüb?

30-05-2018, 18:18
12 626
Kremlin tənqidçisini Kiyevdə kimlər öldürüb?

Kremlin sərt tənqidçilərindən olan rusiyalı jurnalist Arkadi Babçenko mayın 29-u axşam saatlarında Kiyevdə qətlə yetirilib. 41 yaşlı jurnalisti xanımı ərini yaşadığı mənzilin blokunun girişində qan içində tapıb. O, təcili yardım maşınında vəfat edib.

Babçenko 2016-cı ilin dekabrında Qızıl Ordu xorunu Suriyaya konsertə aparan təyyarənin qəzaya uğraması haqda yazandan sonra ölümlə hədələndiyini bildirib və ölkəsini tərk edib. O, əvvəlcə Praqaya gedib, sonra isə Ukrayna paytaxtına köçüb. Keçmiş müharibə jurnalisti Ukrayna telekanallarının birində aparıcı idi.

Arkady Babchenko, jurnalist, qətl

Polisin məlumatına görə, Babmenko arxadan bir neçə güllə yarası alıb. Kiyevin polis rəhbəri Andriy Krişçenko yerli mediaya bildirib ki, onlar jurnalistin “peşə fəaliyyətinə” görə öldürülməsindən şübhələnirlər.

Ukraynanın millət vəkili Anton Heraşçenko deyib ki, jurnalist çörək almaq üçün evdən çıxıb və qatil onun mənzilinin yaxınlığında gözləyirmiş.

Baş nazir Volodimir Qroysman Babçenkonu “Ukraynanın Rusiya aqressiyası barədə dünyaya danışan əsl dostu” kimi təsvir edib və “Qatil cəzasını almalıdır” deyə bildirib.

Arkady Babchenko, jurnalist, qətl

ATƏT də Babçenkonun qətlini pisləyib.

“Bu dəhşətli hadisədən qəzəblənmişəm. Hakimiyyəti qətlin baş verdiyi şəraiti dərhal və hərtərəfli araşdırmağa, qətli sifariş və icra edənləri məsuliyyətə cəlb etməyə çağırıram”, – ATƏT-in media azadlığı üzrə təmsilçisi Harlem Desir deyib.

Jurnalistləri Müdafiə Komitəsi də hərtərəfli təhqiqat aparılmasına çağırıb.

Ötən axşam Babçenkonun yaşadığı binanın qarşısına az sayda adam toplaşıb. Bəzi həmkarları qətldən sarsıldıqlarını bildirib, digərləri göz yaşı töküblər. Jurnalistin Kiyevdə və digər yerlərdəki həmkarları dərhal Rusiyanın kəşfiyyat agentliklərini suçlayıblar.

скачать dle 12.1
Xəbər lenti