Rusiyanın “KVN” komandası ABŞ-a buraxılmadı

11-06-2018, 19:08
6 549
Rusiyanın “KVN” komandası ABŞ-a buraxılmadı
Rusiyanın Şən və hazırcavablar klubunun  “Qorod Pyatiqorsk” adlı komandasının Nyu-York şəhərində planlaşdıırlan çıxışı təxirə salınıb.
Buna səbəb artistlərə ABŞ vizasının verilməməsidir.
Bu haqda komandanın prodüseri Lev Traxtenberq öz “Facebook” səhifəsində məlumat verib.
“Təəssüflər olsun ki, “Qorod Pyatiqorsk” ŞHK komandasının iyunun 17-də Nyu-Yorkdakı konsert proqramı təxirə salınır. ABŞ-ın Moskvadakı səfirliyindən artistlərə viza verilməsi üçün lazım olan petisiyanı əldə edə bilməmişik. Həmin sənəd olmadığı üçün artistlər ABŞ səfirliyində viza verilişi ilə bağlı qəbula yazıla və ABŞ-a gələ bilməyəcəklər”, -deyə Traxtenberq yazıb.
2013 və 2014-cü illərdə ABŞ-a qastrol səfərləri ilə bağlı heç bir problemlə üzləşmədiklərini deyən prodüser, qarşı tərəfin hansı əsasla sənədi verməkdən imtina etdiyini açıqlamadığını söyləyib
скачать dle 12.1
Xəbər lenti