R.T.Ərdoğan "Bu toplantıdan sadəcə ölkəmə deyil, dünyaya səslənirəm" - VİDEO

16-09-2015, 20:15
0
R.T.Ərdoğan "Bu toplantıdan sadəcə ölkəmə deyil, dünyaya səslənirəm" - VİDEO
"Məqsəd ölkəmizi parçalamaq və bölməkdir"
Türkiyənin prezidenti R.T.Ərdoğan Türkiyədə son yaşanan hadisələrə, Suriyalı qaçqınlar məsələsinə və İsrail əsgərlərinin Qüds şəhərindəki Məscidi-Əqsaya hücum etməsinə münasibət bildirib. Ərdoğan çıxışında bildirib ki, Türkiyə 2011-ci ildən bu yana İraq və Suriyadan gələn 2 milyondan çox qaçqını qəbul edib. Bundan əlavə Türkiyə terrorla mübarizə aparır: "Biz insana, insan olaraq baxırıq. Biz onları inancına görə ayırmırıq. Biz qapımızı açırıq. Qüdsdə Məscidi-Əqsada baş verənləri görürsünüz. Qətiyyən qəbul ediləcək bir şey deyil bu. Avropalı dostlarımız bunları bilsinlər. Həll yolu qaçqınların gəldikləri yerlərdə müharibənin dayanmasıdır. Bəzi ölkələr Suriyaya hərbi təyyarələr göndərir. Amma biz insani dəstək veririk. Qərb dövlətləri həyatta qalma mübarizəsi verən insanlara arxalarını çevirməməlidir. İsrailin müsəlmanların ilk qibləsi sayılan Məscidi-Əqsaya hücumunu şiddətlə qınayıram. İsrail dövlətini və onu dəstəkləyən bütün ölkələri bu mövzuda fərqli davranmağa dəvət edirəm. Biz Türkiyə olaraq, bu mövzunu yaxından izləyəcəyik. Türkiyə tarixi boyunca terrorun qanlı üzünü hiss etmiş bir ölkədir. Terrorla mübarizə tariximizdə minlərlə şəhidimiz var. Bu gün yeni terror dalğası və itkilərlə qarşı-qarşıyayıq. Ən önəmli hədəflərimizdən biri, terrora zəmin hazırlayan səbəbləri ortadan qaldırmaqdır. Türkiyə normallaşma yolunda önəmli məsafə qət edib. 
Terrorizmə, terrorçulara güclü silahları verənlər kimlərdir? Terrorçulara dəstək verənlər xaricdəndir. Məqsəd ölkəmizi parçalamaq və bölməkdir. Xaricdən gələn dəstəkdən əlavə daxildən də bəzi media qurumları onlara dəstək verir. Bu toplantıdan sadəcə ölkəmə deyil, dünyaya səslənirəm. Türkiyəni bölmək, milləti parçalamaq sizə nə qazandıracaq? 
Atdığınız hər addım boş qalacaq. Ölkəmizin müxtəlif yerlərində ortaya çıxan təşəbbüslər, millətimiz tərəfindən görülür. Öldürülən terrorçulara cənazə mərasimləri keçirirlər. Terror qruplaşması bayrağı ilə sarılmış terrorçu cəsədləri, sosial şəbəkələrdə  "mülki vətəndaş" kimi göstərilir. Bunların qərbdə ciddi dəstəkçiləri var. Bunu qərbli dostlara deyirəm, amma onların dərdləri başqadır. Sıxıntılı günlər yaşayırıq, amma inanırıq ki, Türkiyənin gələcəyi aydınlıqdır" 
скачать dle 12.1
Xəbər lenti