Ermənistan Rusiyaya sərt üz göstərir

4-08-2018, 14:55
7 414
Ermənistan Rusiyaya sərt üz göstərir

Ermənistanın Xarici İşlər Nazirliyi Rusiyanın xarici işlər naziri Sergey Lavrova cavab verib. XİN-nin mətbuat xidmətinin rəhbəri Tiqran Balayanın sözlərinə görə, Yerevan Ermənistanda baş verənlərə beynəlxalq reaksiyanı diqqətlə izləyir və hüquqi dövlətin formalaşdırılmasını qarşısına məqsəd qoyur. Həmçinin korrupsiya ilə mübarizə hökumətin prioritet vəzifəsidir. Bu proses Ermənistanın xarici siyasəti ilə bağlı deyil və bu məsələ ilə bağlı şərhlər yolverilməzdir.

Balayan bildirib ki, Ermənistan parlamentinin müəyyən etdiyi xarici siyasət Ermənistan-Rusiya münasibətlərinin dərinləşməsinə yönəlib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanda baş verən proseslərin yeni hakimiyyətin siyasi təqiblərin olmayacağı ilə bağlı verdiyi vədlərinə zidd olduğunu bildirib.

Ermənistan məhkəməsinin qərarına əsasən, 4 gün əvvəl keçmiş prezident Robert Koçaryan saxlanılıb. Ona  qarşı 2008-ci ildə Yerevanda qarşılıqlıq yaratmaqla bağlı ittiham irəli sürülüb. O zaman 10 nəfər öldürülmüşdi.

скачать dle 12.1
Xəbər lenti