Türkiyə bəzi ABŞ məhsullarına əlavə vergi tətbiq edib

16-08-2018, 14:11
4 806
Türkiyə bəzi ABŞ məhsullarına əlavə vergi tətbiq edib

Türkiyə ABŞ mənşəli bəzi məhsulların idxalına əlavə vergi müəyyən edib. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar mətbutda dərc olunub. Düyü, sərt qabıqlı meyvələr, alkoqollu içkilər, tütün məhsulları, daş kömür, minik avtomobili əlavə vergi tətbiq olunan məhsullar arasında yer alır.

Prezident köməkçisi Fuat Oktay əlavə vergilərlə bağlı Twitter-də açıqlama yazıb və qərarın ABŞ hakimiyyətinin Türkiyə iqtisadiyyatına hücumlarına qarşı olaraq alındığını deyib:

“ABŞ hakimiyyətinin iqtisadiyyatımıza bilərəkdən hücumlarına qarşı olaraq, qarşılıqlılıq prinsipi çərçivəsində bəzi məhsulların idxalında vergi nisbətləri artırılmışdır”.

“Çətin günlərdə liderinin ətrafında birləşən millətimiz qayda bilməyən hərəkətlərə qarşı beynəlxalq ictimaiyyətlə də birləşmiş, haqsızlıqlara qarşı dünyanı cəsarətləndirmişdir. Durmaq yoxdur, yola davam”.

скачать dle 12.1
Xəbər lenti