Ukraynada separatçıların lideri Zaxarçenko öldürüldü

3-09-2018, 16:24
7 867
Ukraynada separatçıların lideri Zaxarçenko öldürüldü

Ukraynanın şərqində yerləşən Donetsk regionunda Rusiyanın dəstəklədiyi separatçıların lideri Aleksandr Zaxarçenko avqustun 31-də Donetskdə kafedə baş verən partlayış nəticəsində ölüb.

Bu xəbər separatçıların media orqanları tərəfindən təsdiq olunub.

Donetsk Xəbər Agentliyi vebsəhifəsində yerləşdirdiyi bəyanatda, separatçı liderin adminsitrasiyasına istinad edərək, Zaxarçenkonun Donetskin mərkəzində baş verən partlayış nəticəsində öldüyünü bildirib.

Daha öncə isə bir başqa mənbədə digər separatçı fiqur Aleksandr Timofeyevin də Separ kafesində partlayış nəticəsində xəsarət aldığı bildirilib.

скачать dle 12.1
Xəbər lenti