100 minlərlə Honq Konq sakini yenə küçələrə axşıdı

16-06-2019, 20:41
5 988
100 minlərlə Honq Konq sakini yenə küçələrə axşıdı

Yüz minlərlə Honq Konq sakini iyunun 16-da yenidən etiraz aksiyasına çıxıblar.

Onlar şübhəli şəxslərin Çinə ekstradasiyasını nəzərdə tutan qanun layihəsinin ləğvini tələb ediblər.

Qara geyinmiş aksiya iştirakçıları muxtar administrasiyanın rəhbəri Kerri Lam-ın istefasını tələb ediblər.

Kerri Lam bundan əvvəl, qanun layihəsinə baxılmasının təxirə salındığını demişdi.

“Biz belə variantı qəbul etmirik.Çünki bir müddətdən sonra hər şey təkrar olunacaq. Biz bu qanun layihəsinin ləğvini istəyirik. O təxirə salınmamalı, ləğvolunmalıdır”.Brendon Tan adlı aksiyaçı deyir.

Tənqidçilər hesab edirlər ki, şübhəli şəxslər, Çində işgəncə, təzyiq altda ifadə vermək və müdafiəsiz qalmaq təhlükəsi ilə üzləşəcəklər. Pekin ittihamları rədd edir.

Honq Konq hakimiyyəti isə təkid edir ki, məqsəd cinayətkarlığın qarşısını almaqdır.

Ötən həftə aksiyaçılarla polis arasında baş verən toqquşmalarda onlarla adam xəsarət alıb.

Hazırda Honq Konqdan Çinə ekstradasiya, onun 1997-ci ildə Çinin yuridiksiyasına keçməsindən əvvəl imzalanmış qanunla tənzimlənir.

Müşahidəçilər son günlər Honq Konqda keçirilən kütləvi etirazların, 1997-ci ildən bu yana ən böyük nümayiş olduğunu deyirlər.

скачать dle 12.1
Xəbər lenti