Kiyev Berlusconiyə 3 illik qadağa qoydu

17-09-2015, 21:53
0
Kiyev Berlusconiyə 3 illik qadağa qoydu

Ukrayna İtaliyanın keçmiş baş naziri Silvio Berlusconinin ölkəyə gəlməsinə 3 il qadağa qoyub.

Ukraynanın Təhlükəsizlik Xidməti bunun dövlətin milli təhlükəsiliyi baxımından edildiyinibildirib.

Berlusconi sentyabrın 11-də Krıma səfər edib və orda Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Ukraynanın Xarici işlər Nazirliyi səfərin qanunsuz olduğunu bəyan edib.

Nazirliyin yaydığı bəyanatda onun bu hərəkətinin Avropa Bilriyinin siyasətinə zidd olduğu bildirilir.

Rusiya 2014-cü ilin martında Krımı ilhaq edib.

ABŞ, Avropa Birliyi və bir çox qərb ölkələri bunu qanunsuz sayır.

Qərb ölkələri Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə, Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

скачать dle 12.1
Xəbər lenti