14 yaşlı Əhməd ABŞ-a səs saldı

17-09-2015, 21:58
0
14 yaşlı Əhməd ABŞ-a səs saldı

Düzəltdiyi saatı bomba bilib həbs etdilər, prezidentdən Ağ Evə dəvət aldı

ABŞ-da Əhməd adlı bir şagird oxuduğu məktəbə özünün düzəltdiyi saatı gətirir. Müəllimi bunu bomba bilib polisə xəbər verir. Polis 14 yaşlı şagirdi saxlayır və məsələni araşdırır. Müəllimin yanıldığı bilinəndən sonra şagird sərbəst buraxıır. Lakin Əhməd baş verənlərdən incik düşür və qeyd paylaşır ki, bundan sonra heç bir ixtira etməyəcək.

Hadisələr bundan sonra daha maraqlı yöndə inkişaf edir. Əhməd şəxsən prezident Barak Obamadan dəvət alır. Obama məktəblini Ağ Evə dəvət edir ki, düzəltdiyi saatın təqdimatını keçirsin. Bundan başqa, hazırda ABŞ prezidentliyinə namizəd olan keçmiş dövlət katibi Hillari Klinton Əhmədə müracitə göndərir ki, ruhdan düşməsin, ixtiralarını davam etdirsin. Facebook-un rəhbəri Mark Zukerberq isə Əhmədin texnologiyaya olan marağını və qabiliyyətini nəzərə alıb, onunla görüşmək istəyir.

Əhmədin düzəltdiyi saat

скачать dle 12.1
Xəbər lenti