Məkkədə yanğın: 1000-dən çox zəvvar evakuasiya olundu

17-09-2015, 21:59
0
Məkkədə yanğın: 1000-dən çox zəvvar evakuasiya olundu

Məkkədə mehmanxanalardan birində baş verən yanğın zamanı 2 nəfər xəsarət alıb. Səudiyyə Ərəbistanı Mülki Müdafiə Xidmətinin əməkdaşları mehmanxanadan 1028 zəvvarı  təcili evakuasiya edib. Onların əksəriyyəti Asiya ölkələrindən gələn zəvvarlardır.

Məlumata görə, yanğın 11 mərtəbəli mehmanxanın 8-ci mərtəbəsində başlayıb (Modern.az).

Sentyabrın 11-də Məkkənin Əl-Haram məscidində kranın aşması zamanı 107 nəfər zəvvar həlak olub, 230 nəfər isə xəsarət alıb. Səudiyyə Ərəbistanı rəsmiləri bu il Hcc ziyarətinə 1,5 milyon zəvvar gözləyir.

скачать dle 12.1
Xəbər lenti