Fransalı nazir: “Avropa Çin və ABŞ arasındakı qarşıdurmaya cəlb oluna bilməz”

20-01-2023, 19:45
4 204
Fransalı nazir: “Avropa Çin və ABŞ arasındakı qarşıdurmaya cəlb oluna bilməz”

“Avropa Çin və ABŞ arasında qarşıdurmaya cəlb edilməməli, əksinə, iqtisadi əlaqələrin möhkəmləndirilməsində öz yolunu tutmalıdır”.

Fransanın maliyyə naziri Bruno Le Mer deyib.

Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Bruno Le Mer Avropa və ABŞ-ın Çinə baxışı məsələsində “kiçik fərqlərin” olduğunu deyib. O bildirib ki, iqlim dəyişikliyi ilə mübarizə və ticarətin artırılması məsələsində Çinlə işləmək Avropa İttifaqının marağındadır.

"ABŞ Çinlə qarşı-qarşıya gəlmək istəyir, biz isə Çinlə əlaqə qurmaq istəyirik. Mən qəti şəkildə inanıram ki, Çin dünya oyununda olmalıdır, Çin kənarda qala bilməz”,-deyə fransız nazir vurğulayıb.

скачать dle 12.1
Xəbər lenti