Qarabağdan Ermənistana və geriyə mülki şəxslər aparılıb

20-01-2023, 19:47
4 193
Qarabağdan Ermənistana və geriyə mülki şəxslər aparılıb

20 yanvar 2023-cü il, saat 17:11 radələrində Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə 4 nəfər Qarabağdan Ermənistana, 1 nəfər isə Ermənistandan Qarabağa köçürülüb.

Bu barədə erməni mediasına istinadən xəbər verir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan nümayəndəliyinin kommunikasiya və profilaktika proqramlarının rəhbəri Zara Amatuni bildirib ki, ailəsinə qovuşmaq üçün bu gün 4 nəfər Ermənistana, biri isə əks istiqamətdə aparılıb: "Bəzi dərmanlar da BQXK-nın maşınları ilə Qarabağa çatdırılıb".

Erməni tərəfi bütün bunları açıqladıqdan sonra absurd şəkildə iddia edib ki, Azərbaycan Qarabağı "blokadada saxlayır".

скачать dle 12.1
Xəbər lenti