Almaniyadan Ermənistana qayıtdı, kazarmada yandı - FOTO

20-01-2023, 19:51
4 628
Almaniyadan Ermənistana qayıtdı, kazarmada yandı - FOTO

Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühəndis-istehkam bölüyünün sığınacağında baş vermiş yanğın nəticəsində yanan əsgərlərdən biri Qaqik Barseqyan ölkəsinə hərbi xidmət keçmək üçün Almaniyadan gəlibmiş.

Kotayk rayonunun (Ağadərəsi) Qarni icmasındandır.

Qarni administrasiyasının rəhbəri Tiqran Poqosyan bildirib ki, Qaqik bir il əvvəl Almaniyadan Ermənistana orduda xidmət etmək üçün qayıdıb. “Ata bu gecə və ya sabah səhər Ermənistanda olacaq, ana hələ gələ bilməz. Qaqik ağıllı, tərbiyəli oğlan idi. Müəllimlər deyirlər ki, o, həmişə yüksək qiymətlərə və yaxşı davranışlara malik olub”, - Poqosyan qeyd edib. O əlavə edib ki, Qaqik ailədə böyük uşaq olub, onun bir bacısı və bir yaşlı qardaşı var.

скачать dle 12.1
Xəbər lenti