Stokholmda Quranın yandırılması Rusiya hərbi kəşfiyyat idarəsinin əməliyyatı idi – Robert Lasting İnstitutu

26-01-2023, 21:02
4 722
Stokholmda Quranın yandırılması Rusiya hərbi kəşfiyyat idarəsinin əməliyyatı idi – Robert Lasting İnstitutu

İsveçin təhlükəsizlik və demokratiya məsələlərində ixtisaslaşan Robert Lasting İnstitutu yanvarın 24-də Rusiya Hərbi Kəşfiyyat İdarəsinin (QRU) İsveçdə dini zəmində sabitliyi pozmağa yönəlmiş fəaliyyəti haqqında araşdırma dərc edib.

Əməliyyat İsveçin NATO-ya daxil olmaq planlarına mane olmağa, müsəlman ölkələri ilə münasibətləri gərginləşdirməyə və qaçqın olaraq İsveçə gələn islam ardıcılları tərəfindən terror aktları üçün zəmin hazırlamağa yönəlib, deyə araşdırmada qeyd edilir.

21 yanvar 2023-cü il tarixində Danimarkanın Hard Line (“Sərt Xətt”) partiyasının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırıb. İsveçin SVT telekanalının məlumatına görə, Quranı yandırmaq ideyasını yerli jurnalist Çanq Yohannes Frik irəli sürüb. O, həmçinin Paludanın məruz qalacağı istənilən cərimənin ödəniləcəyinə zəmanət verib.

скачать dle 12.1
Xəbər lenti