ABŞ Rusiyanın Ukraynadakı cinayətlərə görə məsuliyyətə cəlb edilməsinə nail olmağa çalışacaq – Dövlət Departamenti

25-02-2023, 12:24
4 479
ABŞ Rusiyanın Ukraynadakı cinayətlərə görə məsuliyyətə cəlb edilməsinə nail olmağa çalışacaq – Dövlət Departamenti

Bayden Administrasiyası Rusiya vətəndaşlarının Ukraynada insanlığa qarşı törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb edilməsinə nail olmaq niyyətindədir.

Cinayət mühakiməsi üzrə səfir Bet Van Şaak çərşənbə günü keçirilən brifinqdə jurnalistlərə bildirib ki, Rusiya qoşunları və ölkə rəsmiləri Ukraynada müharibə zamanı insanlıq əleyhinə cinayətlər, o cümlədən edam, saxta edam, qadınların və qızların zorlanması kimi cinayətlər törədiblər.

“Heç kim Rusiyanın Ukrayna xalqına qarşı törətdiyi vəhşiliklərdən gözünü çəkməməlidir. Birləşmiş Ştatlar, nə qədər vaxt aparsa da, beynəlxalq ictiamiyyətlə birlikdə təqsirli olanları, o cümlədən zorakılığın həm icraçılarını, həm də sifarişçilərini məsuliyyətə cəlb etmək niyyətindədir”, deyə o bildirib.

Nə qədər ki, bu insanlar Rusiyadadırlar, onlar cəzasızlıqdan istifadə edəcəklər, çünki onları həbs edə biləcək beynəlxalq polis yoxdur, deyə o etiraf edib. Hazırda cinayətlərdə iştirakı olan Rusiya vətəndaşlarını məsuliyyətə cəlb etməyin üç yolu var. Bu, Ukrayna məhkəmələri, Beynəlxalq Cinayət Məhkəməsi və bütün dünyadakı digər məhkəmələrdir.

Turan-ın müxbirinin Putin də daxil olmaqla, Rusiya liderlərinin məsuliyyətə cəlb edilməsinin mümkün olub-olmadığı haqqında sualına cavabda Van Şaak bunun “sual altında olduğunu” etiraf edib, amma “bu zorakılıq kampaniyasına görə məsuliyyət daşıyan bir sıra digər şəxslər var. Prokurorlar sıravi şəxslərdən başlayaraq, əmrdən icraya qədər bütün zənciri müəyyən etmək üçün bütün mümkün məlumatları toplayacaqlar”, deyə o bildirib. 

скачать dle 12.1
Xəbər lenti