Şoyqu: "Rusiya qoşunlarının Ukraynada irəliləməsi Kiyevə verilən silahların növündən asılı olacaq"

26-02-2023, 16:10
3 961
Şoyqu: "Rusiya qoşunlarının Ukraynada irəliləməsi Kiyevə verilən silahların növündən asılı olacaq"

Ukraynadakı “xüsusi hərbi əməliyyat” (işğalçı müharibəyə Rusiyada qoyulan ad-red.) zamanı rus qoşunlarının irəliləməsinin dərinliyi, digər məsələlərlə yanaşı, Kiyevin Qərb ölkələrindən hansı uzaqmənzilli silahlar alacağından asılı olacaq.

Agentliklərə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Rossiya 24” kanalına müsahibəsində səsləndirib.

Bununla müdafiə naziri prezident Vladimir Putinin söylədiklərini təkrarlamış olub.

Qeyd edək ki, Vladimir Putin bu ilin devral ayının 21-də Federal Məclisə müraciəti zamanı: “Ukraynaya nə qədər çox uzaqmənzilli Qərb sistemləri gəlsə, biz təhlükəni sərhədlərimizdən bir o qədər uzaqlaşdırmağa məcbur olacağıq. Bu təbiidir" cümləsini işlətmişdi.

скачать dle 12.1
Xəbər lenti