Vardanyan susduruldu, Vardan danışmağa başladı

26-02-2023, 16:11
3 960
Vardanyan susduruldu, Vardan danışmağa başladı

Ermənistanın sabiq xarici işlər naziri sülh müqaviləsinin əleyhinə çıxdı, “artsax”ı, Cavaxetiya ilə müqayisə etdi…    

“Bu gün əsaslı şübhə var  ki, bizim hökumət şifahi, bəzi yerlərdə isə sənədli şəkildə razılaşıb ki, Artsax Azərbaycanın bir hissəsi olsun. Bu təhlükəli hadisədir”. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan qondarma “artsax”ın  “beynəlxalq səviyyədə tanınmasının zəruriliyi” adlı konfransda belə deyib.  Onun sözlərinə görə,  Paşinyan hakimiyyəti sülh müqaviləsinə “artsax”ın təhlükəsizlik məsələsini daxil edə bilsələr, bunu uğur  kimi təqdim edəcəklər. Oskanyan deyib ki,  Ermənistan hökuməti  “artsax”ın Azərbaycanın bir hissəsi olacağı faktını  gizlətməsi çətin olacaq: “Sülh müqaviləsində Bakı nümayəndələri ilə Artsax erməniləri arasında dialoqun olacağına dair bəndin yer alması öz müqəddəratını təyinetmə hüququ ilə bağlı açıq pəncərənin qaldığı təəssüratını yaradacaq.  Amma bu müqavilə imzalansa, mənim təsvir etdiyim kimi, Artsax Cavaxka(Cavaxetiya-red) çevriləcək.


Amma Artsax və Cavaxk arasındakı fərq onda olacaq ki, illər və ya onilliklər sonra Artsax Naxçıvana çevriləcək. Ona görə də gəlin aldanmayaq”.  Vardan Oskanyanın fikrincə, hökumətin Qarabağı Azərbaycan sərhədləri daxilində tanımaq  qaçılmazdır və  alternative yoxdur: “Hakimiyyət hərəkətsizliyinə və uğursuzluğuna haqq qazandırmaq üçün  ortaya atdığı bu tezisi rədd edirəm.

328608770_3441274066129693_6182233831819541516_n.jpg (42 KB)

Bu gün onlar deməyə çalışırlar ki, Artsax qaçılmaz olaraq Azərbaycanın tərkibində qalmalıdır. Bu, saxta bir tezisdir, qəbuledilməz bir fərziyyədir, buna qarşı real mübarizə aparılmalıdır. Müharibə danışıqların uğursuzluğundan, hərbi balansı saxlaya bilmədiyimizdən baş verdi. Biz müharibəni çox pis apardıq, ona görə də rüsvayçı şəkildə məğlub olduq. 2018-ci ilə qədər nisbi sabitlik iki amillə qorunurdu: diplomatiya və hərbi balans. Bu, üç prezidentin dövründə baş verib. İkinci prezidentin vaxtında, mən nazir olduğum zaman Azərbaycan hər dəfə Minsk Qrupunun başqa bir təklifini rədd edəndə prezident dərhal göstəriş verirdi ki, masaya yeni bir təklif qoyulsun və diplomatik vakuum yaranmasın”. 

52525.JPG (71 KB)

Vardan Oskanyan keçmiş təcrübədən bir sıra başqa nümunələr sadalayaraq deyib ki, elə bir müharibə yoxdur ki, ondan qaçmaq mümkün olmasın: “Siyasi hakimiyyət danışıqlarda uğursuzluğa düçar oldu və biz bu vəziyyətdəyik”.

Qeyd edək ki, Vardanyan təsadüfi olaraq, Cavaxetiyanı yada salmır. Ermənistanın dövlət səviyyəsində növbəti işğal hədəfi, seçdiyi konkret bölgə Gürcüstanın cənubunda yerləşən Samtsxe-Cavaxetiyadır. Cənubdan Türkiyə və Ermənistanla, qərbdən Acarıstanla, şimal-qərbdən Quriya, şimaldan İmeretiya, şimal-şərqdən Şida-Kartli, şərqdən isə Kvemo-Kartli bölgəsi ilə həmsərhəd olan regionun ərazisi 6412,9 kvadratkilometrdir. Lap qədimdən iki hissədən ibarət olan Samtsxe-Cavaxetiya regionunun qərb hissəsini gürcülər Mesxetiya, türklər Ahıska, şərq hissəsini gürcülər Cavaxeti, ermənilər isə Cavaxk adlandırırlar. Gürcüstanın müasir inzibati ərazi bölgüsünə görə Samtsxe-Cavaxetiyanın tərkibinə altı inzibati rayon daxil edilib: Adiqen, Aspindza, Borjomi, Axalsıx, Axalkalaki və Ninotsminda. Samtsxe-Cavaxetiyanın Borjomi rayonu istisna olmaqla qalan beş rayonunun hamısı Türkiyə ilə həmsərhəddir. Yalnız Ninotsminda rayonu Ermənistanla sərhədə malikdir. Bölgə xristianlığa qədərki dönəmdə birmənalı olaraq İveriyanın tərkib hissəsi olub. IX-X əsrlərdə Tao-Klarceti çarlığının, 1008-ci ildən etibarən isə Baqrationilərin başçılığı altında bölgə vahid Gürcüstana birləşdirilib. Bölgə hələ XI əsrdə Səlcuqların, XIII əsrdə isə monqolların və qıpçaqların axınlarına məruz qalıb. Osmanlı imperiyasının şərq ekspansiyasının güclənməsi ilə bölgə XVI əsrin sonu XVII əsrin əvvəllərində türklərin nəzarətində olub. Bölgədə ermənilərin nə zamansa idarəetmədə təmsil olunması barədə faktlar və sübutlar mövcud deyil. 

скачать dle 12.1
Xəbər lenti