Zelenski ABŞ üçün Kiyevin almaq istədiyi silahların siyahısını hazırlayacaq

26-02-2023, 16:11
4 397
Zelenski ABŞ üçün Kiyevin almaq istədiyi silahların siyahısını hazırlayacaq

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın respublikaçı parlamentarilərdən Kiyevə tədarük ediləcək silahların siyahısını nəzərdən keçirməyi xahiş edib, bu siyahıya F-16 qırıcıları və uzaqmənzilli raketlər daxildir.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.

Telekanalın məlumatına görə, fevralın əvvəlində Zelenski Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Makkalın da daxil olduğu Amerika respublikaçılarından ibarət nümayəndə heyəti ilə görüşüb.

Maykl Makkal bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə çox məhsuldar görüş olub:

“Bu müharibədə qalib gəlmək üçün onun nəyə ehtiyacı olduğunu daha çox danışdıq. Və o, Ukraynanın qalib gəlməsi üçün lazım olan silahların siyahısını nümayəndə heyətinə təqdim edəcək”.

Siyasətçi əlavə edib ki, ABŞ-da həm demokratlar, həm də respublikaçılar Ukraynanı dəstəkləyir, ona görə də o, Vaşinqtonun Ukraynanın qələbə qazanması üçün lazım olan hər şeyi təmin edə biləcəyinə ümid etdiyini bildirib.

скачать dle 12.1
Xəbər lenti