Ermənistanla Türkiyə Rusiyaya qanunsuz mal daşınan ölkələr arasındadır

5-03-2023, 13:14
3 963
Ermənistanla Türkiyə Rusiyaya qanunsuz mal daşınan ölkələr arasındadır

Birləşmiş Ştatlar xəbərdarlıq edib ki, sanksiyaları pozan şirkətlər məhkəmə ilə üzləşə bilərlər.

ABŞ hökuməti, şirkətləri Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalara əməl etməyə və bunun üçün öhtəlik götürməyə çağırıb. Bu barədə Reuter agentliyi mılumat yayıb.

Birləşmiş Ştatlar, xəbərdarlıq edib ki, əks halda bu məhkəmə ilə nəticələnə bilər.

Birləşmiş Ştatların Ədliyyə və Ticarət nazirlikləri, habelə Xəzinədarlıq Departamenti bildiriblər ki, bəzi subyektlər 3-cü tərəfin vasitəçiliyi ilə Rusiyaya qarşı sanksiyalardan yayınmağa və ixrac nəzarətindən qaçmağa çalışırlar.

Məlumatda bildirilir ki, Çin, Ermənistan, Türkiyə və Özbəkistan kimi ölkələrdən Rusiya və ya Belarusa qadağan olunmuş malların qaçaqmalçılığı üçün istifadə olunub.

Məlumatda qeyd edir ki, bu cür müəssisələr, Rusiyaya qarşı məhdudiyyətlər və sanksiyalardan yayınmaq üçün hansı taktikalara əl atıldığını bilməlidir.

Birləşmiş Ştatlar bunun qarşısını almaq üçün sərt nəzarət tətbiq etməyə çağırıb.

скачать dle 12.1
Xəbər lenti