Luis Bono: “Məqsədimiz azərbaycanlı və ermənilərin əziyyətlərinə son qoymaqdır”

6-03-2023, 18:56
5 615
Luis Bono: “Məqsədimiz azərbaycanlı və ermənilərin əziyyətlərinə son qoymaqdır”

Martın 6-da Bakıda səfərdə olan ABŞ-ın Qafqazdakı xüsusi nümayəndəsi Luis Bono brifinq keçirib.

“Turan”ın xəbərinə görə, o, səfərini belə izah edib: “Bir neçə həftə öncə Dövlət katibi Blinkeni Münxen səfərində müşayiət etdim, orada onun prezident Əliyev və baş nazir Paşinyan ilə görüşləri oldu. Görüş konstruktiv idi və bu fikri görüşün bütün iştirakçıları bölüşürlər. Bundan sonra dövlət katibi məndən xahiş etdi ki, sülh prosesini davam etdirmək üçün mümkün qədər tez zamanda regiona səfər edim”.

O, “əgər Bakı ilə Yerevan nümayəndələrinin görüşlərindən, razılaşmalarından sonra təxribatlar və atəşkəsin pozulması baş verirsə, ABŞ sülh prosesinin saxlanması üçün nə edə bilər” sualının cavabında deyib ki, ABŞ vasitəçi rolunda çıxış edir.

“Sülh prosesinin davamlı olması üçün tərəflərin özləri bunu istəməlidir”, – Bono deyib.

Laçın dəhlizi haqda sualın cavabında Bono Dövlət katibi Blinkenin Münxendə dediyi sözləri xatırladıb. Blinken deyib ki, yol əhalinin hərəkəti üçün açıq olmalıdır.

“Biz etiraf edirik ki, təhlükəsizlik məsələsi var, lakin zəruri malların və mülki yüklərin hərəkət etməsi, Qarabağ əhalisi üçün əlçatan olması vacibdir”, – Bono deyib.

“Bizim məqsədimiz, vəzifəmiz azərbaycanlıların və ermənilərin əziyyətlərinə son qoymaqdır ki, bu xalqlar dinc yanaşı yaşaya bilsinlər”, – o, fikrini yekunlaşdırıb.

Ötən il dekabrın 12-dən Laçın-Xankəndi yoluna toplaşıb özlərini ekofəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirdirlər. Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirlər. Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və humanitar böhran yaratmaqda ittiham edir. Amma Azərbaycan tərəfi blokda haqqında deyilənləri qəbul etmir, yolun humanitar məqsədlərə açıq olduğunu vurğulayır.

Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin baş müşavirini qəbul edibPrezident İlham Əliyev ABŞ Dövlət Departamentinin baş müşavirini qəbul edib

Əliyev ABŞ-nin Qafqaz elçisini qəbul edib

Prezident İlham Əliyev martın 6-da Amerika Birləşmiş Dövlətlərinin (ABŞ) Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycanla Ermənistan rəhbərlərinin görüşünün nəticələrindən məmnunluğunu bildirib və göstərdiyi davamlı səylərinə görə ABŞ Dövlət katibi Entoni Blinkenə təşəkkürünü ifadə edib.

Xəbərə görə, söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.

скачать dle 12.1
Xəbər lenti