Türkiyə Finlandiyanın NATO-ya yolunu açır

24-03-2023, 20:54
7 438
Türkiyə Finlandiyanın NATO-ya yolunu açır

Türkiyə parlamentinin xarici işlər komissiyası Finlandiyanın NATO-ya qoşulmasına dair qanun layihəsini qəbul edib.

TRTHaber bildirir ki, layihə tezliklə parlamentin səsverməsinə təqdim olunacaq.

Eyni gündə Finlandiya prezidenti Sauli Niinistö ölkəsinin Şimal alyansına üzvlüyü üçün qanun dəyişikliklərinə dair aktı imzalayıb.

NATO-nun 30 üzvündən indiyədək yalnız ikisi – Türkiyə və Macarıstan Finlandiyanın alyans üzvlüyünə müraciətini ratifikasiya etməyib.

Məsələni bir-neçə ay uzatdıqdan sonra Macarıstan parlamentinin də Finlandiyanın sənədlərini martın 27-də qəbul edəcəyi gözlənilir.

Finlandiyanın NATO-ya yolunu açmasına baxmayaraq prezident Recep Tayyip Ərdoğan İsveçin sənədlərini “daha sonraya” saxlayıb.

Budapeştin də bu məsələyə nə vaxt baxacağı məlum deyil.

скачать dle 12.1
Xəbər lenti