SEVR VƏ LOZANNA QARŞILAŞDIRILMASI

9-09-2023, 19:31
396
SEVR VƏ LOZANNA QARŞILAŞDIRILMASI

- Mondros Atəşkəs müqaviləsi və ardından Sevr müqaviləsinin hökümlərini etirazsız qəbul edib Osmanlı İmperiyasının və müstəqil Türk xalqının suverinliyinin tarixdən silinməsini könüllü olaraq qəbul edenler, Mustafa Kamal sayəsində Lozanna’da yenidən dirilişini, milli sərhədlər içərsində tam müstəqil bir Türk dövlətinin dünyaya təsdiqləndirilməsini 100 ildir ki, anlaya bilməmişlərdir.
Bölgə bölgə izah edim:

• EGEY VƏ TRAKYA BÖLGƏSİ:

– SEVR’DƏ: Qərbi Anadolu, Şərqi Trakya, Egey adaları bütün Rumeli Yunanıstana, Rodos və 12 ada İtaliyaya təhvil verilecekti.

– LOZANNA’DA isə: İzmir’də daxil olmaqla İzmiri’n bütün qəsəbələri Türkiyəyə qaldı.

• SURİYA SƏRHƏDDİ;

– SEVR’DƏ: Antep, Biləcik, Urfa, Mardin də daxil olmaqla Suriya’ya təhvil verilmişdir.

– LOZANNA’DA: Bu rayonların (şəhərlərin) hamısı Türkiyədə qaldı. Sadəcə Mosul sərhəddinin təyini təxirə salındı.

• QAFQAZ SƏRHƏDDİ:

– SEVR’DƏ: Girəsun’un şərqindən başlayaraq Ərzincan’ın qərbinə qədər, Bitlis və Van’ın cənubundan keçən bir xətt sərhədd olaraq təyin edilmişdi.

– LOZANNA’DA: Karsda daxil olmaqla bütün sadalanan rayonlar (şəhərlər) Türkiyədə qaldı.

• BOĞAZLAR:

– SEVR’DƏ: “Boğazlar Komissiyası” adı ilə bir komissiya qurulmuşdu və Boğazları bu komissiya idarə edirdi. Bu komissiyanın üzvləri İngiltərə, Fransa, İtaliya, Yaponiya, ABŞ və Rusya’dan ibarət idi. Komissiyaya Türkiye daxil edilməmişdir.

Boğazlar komissiyanın ayrı bayrağı, büdcəsi var idi.
Əsgər toplama haqqı yalnız müttəfiqlərə verilmişdir.
Türk jandarması dəxi müttəfiqlərin əmrində olacaqdı.

– LOZANNA’DA: Boğazlarda heç bir müttəfiq gücü qalmayacaqdı. Boğazlar Türkiyə’nin təsərrüfündə olacaq, xarici əskərlərdən tədricən (hissə-hissə) tamamilə təmizlənəcəkdi.

• KÜRDİSTAN:

– SEVR’DƏ: Kürtlər müraciət etdikləri təqdirdə Fərat’ın şərqində müstəqil bir Kürdistan quracaqlardır. Buna Osmanlı idarəetməsi etiraz etməyəcəyini yerindəcə qəbul edər.

– LOZANNA’DA: Kürdistan’ın adı belə çəkilməmişdir.

• ERMƏNİSTAN:

– SEVR’DƏ: Şərqi Anadolu’da bir Erməni dövleti qurulacadır.

– LOZANNA’DA: Belə bir mövzudan əsla bəhsedilməmişdir, gündəmə belə aldırılmamışdır.

• İQTİSADİ ƏHALİ BÖLGƏLƏRİ:

– SEVR’DE: Adana və Adananın şərqi Fransız, Antalya’dan Afyon’a qədər İtalyan əhali bölgəsi olacaqdı.
– LOZANNA’DA: Bunlar haqqında tək bir sətir yoxdur. Bütün bu ərazi və bölgələr Türkiyədə qalmışdır.

• İSTANBUL:

– SEVR’DƏ: Mondros müqaviləsindəki şərtlərə riayət edilmədiyi təqdirdə İstanbul dərhal müttəfiqlərə veriləcəkdir.

– LOZANNA’DA: Bu maddə ləğv edilmişdir.

– SEVR’DƏ: Mondros müqaviləsindəki şərtlərə riayət edilmədiyi təqdirdə İstanbul dərhal müttəfiqlərə veriləcəkdir.

– LOZANNA’DA: Bu maddə ləğv edilmişdir.

• ƏDLİYYƏ KAPİTULYASİYASI:

– SEVR’DƏ: Bir müttəfiq komissiyası nəzarətində ədliyyə kapitulyasiya sistemi quracaqlardır və Türkiye bunu qeydsiz-şərtsiz qəbul edecəkdi.

– LOZANNA’DA: Ədliyyə və iqtisadi kapitulyasiyaların hamısı ləğv edilmişdir.

• ETNİK AZLIQLARIN QORUNMASI:

– SEVR’DƏ: Patriarxlığın imtiyazları artırılır, azlıqlar üçün xüsusi hakim heyyətləri təyyin edilir.

– LOZANNA’DA: Bütün azlıqların (etnik, milli) imtiyazları qaldırılmışdır (ləğv edilmişdir), millətlərarası müqavilə hökümləri mənimsənilmişdir.

• ORDU:

– SEVR’DE: Türk ordusu 50 min şəxsi keçməyəcək, ağır silahları olmayacaq, jandarma sisteminə məcburi şəkildə 1500 xarici zabit cəlb olunacaqdır.

Türklərə hər növ təyyarə istifadəsi qadağan idi. Türkiyənin təyyarəsi və altı torpidodan artıq dəniz qüvvəti olmayacaqdır.

– LOZANNA’DA: Bu limitləndirmələrin, qeydilərin hamısı bütünilə müqavilədən çıxarılmışdır.

• MALİYYƏ HÖKÜMLƏRİ:

– SEVR’DƏ: Türkiyə maliyyəsi müttəfiqlərin idarəçiliyi və tam nəzarəti altına keçəcək, müttəfiqlərə təzminat ödənəcək, hökumətin maliyyə qərarları müttüfiqlərin təsdiqinə bağlı olacaqdır.

  • LOZANNA’DA: Bu qeydlər tamamilə qüvvədən düşürüldü. Sadəcə Osmanlının borclarının Türkiyənin payına düşən miqdarı ödənəcəkdi.

• İQTİSADİYYAT HÖKÜMLƏRİ:

– SEVR’DƏ: Kapitulyasiyaların, xarici postaların və gömrük tarifərinin devam edeceyi qeyd olunmuşdur.

– LOZANNA’DA: Kapitulyasiyalar tamamilə silinmişdir.

İNDİ!!

  • Bir-birinə tamamilə zidd iki müqavilənin birincisi olan Sevr müqaviləsini Osmanlı İmperiyasının son iqtidarı qəbul etmiş və imzalamışdır.
    Yəni l Dünya Müharibəsindən məğlub çıxan Osmanlı özünü tam süquta uğratmış, düşmanların hər istəyini qəbul etmiş, Müsəlmanları işğalçıların əsirinə çevirmişdir.

VƏ:

  • Bunun qarşısında bir Osmanlı Türk zabiti bu təslimiyyətə boyun əyməmiş, şiddətlə qarşı çıxmışdır. Anadolu’da silahlı milli mübarizə başlatmışdır. Padişahın bütün hədələrini və cəzalarını heç sayaraq, tarixin gördüyü ən böyük mübarizliklə, iradə ilə və milli tarixinin ona verdiyi asi güclə dirənişə davam etmişdir.
    • Nəyahətində düşmanların hamısını ölkədən qovub Lozan Sülh Müqaviləsini imzaladaraq qalibiyyətini bütün dünyaya qəbul etdirmişdir. Bu türk zabiti MUSTAFA PAŞA KAMAL ATATÜRK’dən başqası deyildi.
    • Ancaq eyni düşmanlar xüsusilə də son illərdə var gücləriylə Türkiyənin içində saxta tarixçilər törətmişlər. Mustafa Kamal əlehində tarix kitablar yazdırırlar. Təyin etdikləri siyasətçilər, akademiklər, din xadimləri ölkənin mühafazakar insanlarını Atatürk əlehinə yetişdirirlər.
    • Düşmanlara xidmət edənləri, düşmana , öz dilləri ilə desək kafirə sığınanları Müsəlman göstərib, Müsəlmanları əsarətdən xilas edəni də dinsiz və şər qüvvə elan edirlər.
    • Arzu edirəm ki, Türkiyə və Türk milləti düşmanların əmrinə girmiş din və siyasət adamlarından tezliklə xilas olarlar. Bu qəflətdən tezliklə oyanarlar.

Əlavə: Şəkil Sevr Müqaviləsinin nəticəsində Türkiyə xəritəsidir.

Anar Kamalzadə

скачать dle 12.1
Xəbər lenti