Moskva Ermənistan sürücülük vəsiqələrini tanımağın əvəzində Yerevandan rus dili üçün status istəyir

27-10-2023, 13:59
57
Moskva Ermənistan sürücülük vəsiqələrini tanımağın əvəzində Yerevandan rus dili üçün status istəyir
Rusiya parlamenti – Dövlət Duması Rusiyada iş və bizneslə məşğul olan Ermənistan vətəndaşlarının sürücülük hüquqlarının tanınması haqqında qanun layihəsinə baxılmasını qeyri-müəyyən müddətə təxirə salıb.
Dumanın nəqliyyat komitəsinin başçısı Yevgeni Moskviçov deyib ki, hazırda belə bir qanunun qəbul edilməsi “Rusiyanın maraqlarına uyğun deyil”.
RBK xəbər verir ki, əslində bu qanun layihəsi Dövlət Dumasında hələ 2022-ci ilin iyununda birinci oxunuşda qəbul edilmişdi.
Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Rusiya millət vəkillərinin qərarını onunla izah edib ki, Ermənistan hakimiyyəti ölkədə rus dilinin statusunu təsbit etməyib:
“Rəhbərlik, hökumət rus dilinin statusunun təsbit olunması istiqamətində heç bir addımlar atmayıb. Biz isə Rusiya ərazisində milli sürücülük vəsiqələrindən istifadəyə icazə verilməsi barədə qərarları məhz bu əsasla qəbul edirik”.скачать dle 12.1
Xəbər lenti