İsrail Türkiyədəki diplomatlarını geri çağırdı

29-10-2023, 13:53
108
İsrail Türkiyədəki diplomatlarını geri çağırdı
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın İsrailə qarşı bəyanatları fonunda Tel-Əviv Ankaradakı diplomatlarını geri çağırıb.
Bu barədə İsrailin xarici işlər naziri Eli Koen X sosial şəbəkəsində yazıb.
“Türkiyənin bəyanatlarının kəskinləşməsi fonunda mən İsrail-Türkiyə münasibətlərini yenidən qiymətləndirmək üçün diplomatik nümayəndələrimizin Türkiyədən çıxarılmasına göstəriş verdim”, – deyə o yazıb.
Qeyd edək ki, Ərdoğan İstanbulda Fələstinə dəstək məqsədilə ötən gün təşkil olunan  böyük mitinqdə çıxış edərkən İsrail ordusunun Qəzza zolağındakı hərəkətlərinə görə İsraili hərbi cinayətkar elan edəcəyinə söz verib.
Ərdoğan həmçinin Qərb ölkələrinin də mövqeyini pisləyib. Onun sözlərinə görə, “Ukraynada öldürülənlər üçün yalandan göz yaşı tökənlər” Qəzzada öldürülənlərə başsağlığı verməyiblər. Türkiyə prezidenti Qərb ölkələrindən “xaçla aypara arasında yeni müharibə” başlatmaq istəyib-istəmədiklərini də soruşub.скачать dle 12.1
Xəbər lenti