İranda yeniyetmə qızın dəfnində həbslər və etirazlar olub

31-10-2023, 16:22
76
İranda yeniyetmə qızın dəfnində həbslər və etirazlar olub
İranın bir neçə şəhərlərində hakimiyyətin xəbərdarlığına baxmayaraq Armita Gəravəndin ölümünə görə etirazlar davam edib.
Yeniyetmə qız iddialara görə Tehran metrosunda əxlaq polisi ilə qarşıdurmada xəsarət aldıqdan sonra vəfat edib. Onun hicab qaydasını pozduğu deyilirdi.
Oktyabrın 29-da tələbə qızın dəfnindən saatlar sonra bir neçə vətəndaş cəmiyyəti fəalı zorakılıqla həbs edilib.
Tehran, Kərəc, Məşhəd, Sari və Şiraz şəhərlərində keçirilən etirazlar zamanı antihökumət şüarlar səsləndirilib, divarlara Armitanın xatirəsinə qraffitilər çəkilib.скачать dle 12.1
Xəbər lenti