Polis bölməsində silahlı insident - Generalı güllələdilər

20-09-2015, 21:47
0
Polis bölməsində silahlı insident - Generalı güllələdilər

Misirdə Şimali Sinay yarmadasında ekstremistlər polis rəisini – general  Əhməd Abdel Satarı güllələyiblər. Bu, son bir neçə gündə Misirdə qətlə yetirilən ikinci yüksək vəzifəli şəxsdir.  

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Misir Daxili İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, general Əl-Əriş şəhərinin polis bölməsində öldürülüb.

Sentyabrın əvvəllərində Misirdə təhlükəsizlik qüvvələri Sinay yarımadasında İŞİD-in nəzarətində olan islamçılara qarşı böyük əməliyyat keçirmişdilər. Generalın qətlinin bu əməliyyata cavab olduğu ehtimal edilir. 

скачать dle 12.1
Xəbər lenti