Dünyanın 10 ən kədərli abidəsi

13-09-2015, 16:30
0
Dünyanın 10 ən kədərli abidəsi
Tarixin yaddaşında çoxlu müharibələr, ölümlər və göz  yaşları var. Bu kədərli anları yaddaşlarda saxlamaq, həmin dövrün ağrılarını göstərmək üçün dünyanın müxtəlif yerlərində abidələr, heykəllər hazırlanıb. Musavat.org həmin abidələrdən onunu sizlərə təqdim edir. 
1. Kommunizim qurbanlarına abidə
Bu abidə 2002-ci ildə mayın 22-də Praqa şəhərində tikilib. Memorial pilləkəni və üzərində 7 insan heykəlini göstərir. Bu ölümə məhkum olunmuş insan əzabının simvoludur. 
Bundan başqa abidədə mis qablar da vardır ki, bu qabların  üzərində müxtəlif rəqəmlər qeyd olunub. 4500 həbsxanalarda ölənlərin, 205 486 mühakimə olunanların, 170 938-emiqrantların, 248 güllələnənlərin, 327-sərhədlərdə ölənlərin sayını göstərir. Bu abidədə bu sətirlər də yer alıb “Kommunizm qurbanlarına həsr olunmuş abidə təkcə həbs olunanlara və öldürülənlərə deyil, həm də həyatları totalitar rejim tərəfindən dağıdılan insanlara həsr olunur.”
2. Kədər maskası
Bu abidə Rusiyanın Maqadan vilayətində “Krutaya” təpəsində ucaldılıb və hündürlüyü 15 metrdir. Abidə Sovetlər dövründə  “QULAQ və Kolıma” düşərgələrindəki kütləvi repressiya qurbanlarına həsr olunub.
3. Budapeştdə çay sahilindəki ayaqqabılar
2005-ci ildə qoyulan bu abidə yəhudilərin çay sahilində güllələnməsinə aiddir. Almanlar gülləyə qənaət etmək üçün burada insanların ayaqqabılarını çıxartdıqdan sonra onları bir-birinə bağlayıb və sadəcə birinə atəş açıblar. Hər dəfə atəş açılan şəxs çaya düşdükdən sonra arxasınca digərlərini də çəkib. Sonradan ölənlərin ayaqqabıları satışa çıxarılıb. 
Çay sahilində düz 60 cüt uşaq və böyük ayaqqabısı durur.
4. Çətirli qız
Belarusun paytaxtı Minsk şəhərində mayın 30-u 1999-cu ildə faciə baş verib. Həmin gün şagirdlər son zəngi bayram ediblər. Güclü yağış, küçədə gəzən gəncləri yeraltı keçidə girməyə məcbur edib. İnsanlar çox olduğu üçün basabas olub və həmin gün 53 nəfər həyatını itirib. Ölənlərdən cəmi üçünün yaşı 30-dan çox olub.
5. Həlak olmuş uşaqlara abidə
1978-ci ildə məktəbli ekskursiyası təşkil olunur. Balaton gölündə təşkil olunan bu ekskursiya zamanı bərə batır və uşaqlar həlak olur. Bu abidə həmin faciyəyə görə qurulub.
6. Xatiko
Bu köpəyin etibarı və sədaqəti heç kəsi laqeyd qoymur. Xatiko hər gün dayanacaqda  öz sahibini və dostunu gözləyir. Hətta sahibi öldükdən sonra 10 il müddətində köpək həmin yerdə sahibini gözləməkdə davam edir. İkinci dünya müharibəsi vaxtı heykəl dağıdılsa da 1948-ci ildə onu yenidən bərpa ediblər.
7. Xatın Kompleksi
Bu abidə faşistlər tərəfindən yer üzündən silinmiş Belarus kəndinin yerində tikilib. Həmin vaxt kəndə 149 adam öldürülüb və ya diri-diri yandırılıb. Ölənlərin 75-i uşaq olub.
8. Can verən şir
Lyuçerndəki can verən şir abidəsi bütün dünyada məşhurdur. Bu heykəl 1792-ci ildə Tyuilri döyüşündə həlak olan isveçrəlilərin şərəfinə qayada yonulub. Tanınmış yazıçı Mark Tven bu heykəli dünyanın ən təsirli heykəli adlandırıb.
9. Kədər göz yaşı
Nyu-Yorkun Qudzona çayı sahilində 11 sentyabr 2006-cı ildə açılışı olan bu abidə 11 sentyabr teraktının qurbanlarına həsr edilib. Abidə öz forması ilə Ümümdünya Ticarət  Mərkəzindəki göydələnlərdən birini xatırladır. Abidənin mərkəzində böyük dəlik və bu dəlikdə asılı vəziyyətdə göz yaşı fiquru var. Göz yaşı nikeldən hazırlanıb və 4 ton ağırlığındadır.
10. Doğulmamış uşaqlara abidə
Bu abidəni görənlər deyir ki, o özündə həddən artıq ağrıları birləşdirir və insanı düşünməyə məcbur edir. Bu abidə abort nəticəsində dünyaya gəlməyən uşaqlara həsr olunub. Bu heykəlin tam adı belədir “Ağlama ana, mən onsuz da səni sevirəm.” Abidənin müəyyən hissələri xrustaldan hazırlanıb.

 

скачать dle 12.1
Xəbər lenti