Tarixi şəxsiyyətlər həyatda və filmdə FOTOLAR

29-08-2015, 21:43
0
Tarixi şəxsiyyətlər həyatda və filmdə FOTOLAR
Hollivud rejissorları və ssenaristləri dramatizmi artırmaq üçün nəinki faktları və hadisələri, bəzən tanınmış şəxsiyyətlərin obrazında da müxtəlif dəyişikliklər edirlər. Olaraq bu gün Sizlərə real  prototipləri ilə müqayisə edəcəyiniz 10 kino personajını  təqdim edirik.
 
1.I Ksereks. «300 spartalı».
E.ə 486-45-ci illərdə hakimyyətdə olan Əhəmənilər sülaləsindən fars şahıdır. 36 yaşında taxta çıxıb. Şərq tarixçilərinin sözlərinə görə Kserks müdrik dövlət xadimi və səriştəli hərbçi olub. I Daranın  yazılarında  o, müdrik, doğruluğun dostu, qanunsuzluğun düşməni, zəifin güclü yanənda müdafiəçisi, güclünün da zəif tərəfindən ədalətsizliyinin qoruyucusu, öz hislərini ələ ala bilən, düşünüb qərar verən, hər kəsi əməlinə görə mükafatlandıran və cəzalandıran biri kimi təqdim edilib.
 
 
2.Axilles. «Troya»
Axil – Troya müharibəsinin  qəhrəmanı, Fessaliyada mirmidonyan kralı Peleyanın və ilahə Fetidanın oğlu. Qədim yunanların  antik nağıllarının ən cəsur qəhrəmanı.
 
 
3.Frakiyalı I Maksimin . «Qladiator»
«Qladiator» filmindəki  general  Maksimus, Frakiyalı Qay Yuliy Ver Maksimin prototipidir. 235-238-ci illərdə  Roma imperatoru, ilk «əsgər imperator» və ən aşağı təbəqədən  bu rütbəyə yüksəlmiş imperator. Hündür boyu və fiziki gücü ilə seçilib. Uşaqlıqda çobanlıq edib. Həmçinin quldurlara tələ quran dəstə başçısı olub və özününküləri hücumlardan qoruyub.  Septimiya dövründə hərbi xidmətə başlayıb. Çox sərt və ötkəm olub, ədaləti ilə seçilib.
 
 
4.Uilyam Uolles. «Cəsur ürək»
Şotlandiyalı rıtsar və hərbi rəis, İngiltərədən müstəqillik əldə etmək  uğrunda şotlandiyaların rəhbəri. 1297-98-ci illərdə Şotlandiyanın qoruyucusu. Şotlandiya patriot və xalq qəhrəmanı kimi tanınır. Filmdə  Uolles real prototipindən çox fərqlənir (Uilyam kəndli kimi təqdim olunub).
 
 
5.VI Georq. «Kral danışır»
Britaniya Birləşmiş Krallıının və Şimali İrlandiyanın, Kanadanın, Avstraliyanın və Cənubi Afrikanın kralı VI Georq indiki kraliça II Yelizavettanın atası olub.
 
 
6. Kleopatra VII Filopator. «Kleopatra»
Makedoniyanın  Ptolomeylər sülaləsindən  olan Misirn  son kraliçası. Romalı sərkərdə  Mark Antoniyoya  olan tarixi məhəbbətinin dramatik tarixi ilə tanınıb. Onun idarəsi zamanı  Misir  Roma tərəfindən  fəth edilir. O, Roma imperatoru Oktavian Avqustun  əsiri olmamaq üçün intihar edib. 
 
7.Makedoniyalı İskəndər . «Aleksandr»
Arqead sülaləsindən Makedoniyalı kral, sərkərdə, ölümündən sonra parçalanmış dünya dövlətinin yaradıcısı. Qərb  tarixnaməsində Böyük İskəndər kimi tanınır. Hələ antik dövründə dünyanın ən güclü sərkərdəsi adını alıb. Atası Makedoniya çarı  II Filippin  ölümündən sonra 20 yaşında taxta gələn İskəndən  Makedoniyanın  şimal sahillərini təhlükəsizləşdirir  və üsyankar  Fiva şəhərini dağıtmaqla Yunanıstanı özünə tabe edir. 334-cü ilin yazında İskəndən Şərqə doğru yürüşə başlayır və 7 ilə  Fars imperiyasını fəth edir. Bundan sonra Hindistanın fəthinə başlayır, lakin  uzun yürüşlərdən yorulmuş əsgərlərin təkidi ilə  geri çəkilir. İskəndər 33 yaşında Babildə  ağır xəstəlikdən vəfat edir. Dərhal onun imperiyası sərkərdələri arasında bölüşdürülür…
 
 
8.Pu İ. «Sonuncu imperator»
Mançjurun Çin sülaləsinin  sonuncu imperatoru  Aysinçzyüelo 1906-cı ilin fevralın 7-də  dünyaya gəlib, 1908-ci ildə isə artıq taxta çıxardılıb. 1911-ci ildə  Pu İ baş verən inqilab nəticəsində 1912-ci ildə taxtdan uzaqlaşdırılır. Hakimiyyətə prezident Yuan  Şikay gəlir. 12 il «təzminat şəraitində» yaşayan Pu İ 1924-cü ildə  Respublika ordusu tərəfindən  sürgün edilir. 1932-ci ildə o, mançju-Qo-nun  ali hökumət başçısı olur. 1945-ci ilin 19 avqustu Çinin son imperatorunun son idlarəçilik günüdür.
 
 
10. Spartak. «Spartak. Qan və qum»
Romalılara əsir düşən və qul qladiatora çevrilən Frakiyanın sabiq hərbçisi. Müasir İtaliyanın ərazisində e.ə. 74-71-ci ildə müddətində qiyama rəhbərlik edib. Qladiator və kölələrdən ibarət  ordusu  bir sıra  roma  legionunu  məhv edib. Bu hadisələr tarixdə Spartak üsyanı kimi daxil olub.
скачать dle 12.1
Xəbər lenti