Şok: İki polis əməkdaşı narkotik satarkən tutulub

9-10-2015, 01:53
0
Şok: İki polis əməkdaşı narkotik satarkən tutulub

Dünən APA agentliyi Zaqatalada Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Nəsib Nəsibovun məsuliyyətə cəlb olunduğu haqqında xəbər yaymışdı. Məlumatda bildirilirdi ki, polis əməkdaşı vəzifə səlahiyyətlərini aşmaqda  şübhəli bilinərək, daxili işlər orqanlarından xaric edilməklə həmin fakt üzrə başlanmış cinayət işi ilə əlaqədar istintaqa cəlb olunub. Həmçinin bildirilirdi ki, rayon Polis Şöbəsinin daha bir əməkdaşı, polis serjantı Elman Məmmədov da vəzifə səlahiyyətlərini aşdığı üçün ciddi töhmət alıb.

Bir neçə saat sonra APA Daxili İşlər Nazirliyinə istinadən daha bir xəbər yaydı. İkinci məlumatda Nəsib Nəsibov artıq “keçmiş polis nəfəri” kimi təqdim olunub: “Daxil olmuş məlumat əsasında Zaqatala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə rayonun Əliabad kəndi ərazisində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olan iki şəxs - Qandax kəndində yaşayan, keçmiş polis nəfəri Nəsib Nəsibov və Muxax kənd sakini, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Süleyman Süleymanov saxlanılıb”.

Bugün “Basta”ya hadisənin təfərrüatları haqda bəzi bilgilər daxil olub. Mənbə bildirir ki, Süleyman Süleymanov adlı narkotik istifadəçisi saxlanıldıqdan sonra adları çəkilən polis əməkdaşları ilə cinayət ortağı olduğu haqda ifadə verib. Əməliyyatşılar saxlanılan şəxsin özünün köməyi ilə yeni əməliyyat qurublar. Nəsib Nəsibovun və Elman Məmmədovun narkotik istifadəçisinə yenidən narkotik satarkən cinayət başında yaxalandıqları bildirilir.

bastainfo.org 

скачать dle 12.1
Xəbər lenti