DİN-dən Aynar Məmmədov açıqlaması

12-10-2015, 16:50
0
DİN-dən Aynar Məmmədov açıqlaması
Daxili İşlər Nazirliyinə oktyabrın 11-i saat 22 radələrində Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədovun həbs edilməsilə bağlı məlumat daxil olmayıb.
 
Nazirlikdən verilən məlumata görə, Aynar Məmmədova məxsus olan, "Şüşəli bazar”ın yanındakı "Nar” kafesində xüsusi təyinatlıların əməliyyat keçirməsilə bağlı rəsmi məlumat yoxdur.
 
Həmçinin bildirilib ki, əgər həqiqətən də bu barədə məlumat daxil olarsa, DİN kütləvi informasiya vasitələrinə rəsmi məlumat yayacaq.
 
Qeyd edək ki, "Qafqazinfo"nun əməkdaşı sözügedən xəbəri dəqiqləşdirmək üçün"Nar Cafe"yə baş çəkib.
 
Məlum olub ki, kafenin qapısı açıq olsa da, fəaliyyət göstərmir. Kafedə olan bir neçə xidmətçi əməkdaşımızla söhbətdə dünən belə bir əməliyyatın keçirildiyini təsdiqləyiblər. Onlar bildiriblər ki, Aynar Məmmədov başda olmaqla kafedə olan bütün şəxslər həbs olunuraq aparılıblar. Hətta kafenin İbrahim adlı administratoru da saxlanılanlar arasındadır. Kafenin texniki avadanlıqları, o cümlədən telefonlar da əməliyyatçılar tərəfindən götürülüb. Xidmətçilər həmçinin qeyd ediblər ki, kafe açıq olsa da, artıq müştəri qəbul etmirlər.
 
Xatırladaq ki, kafedəki əməliyyatın qanunsuz kazinonun fəaliyyət göstərməsi ilə bağlı həyata keçirildiyi bildirilir. Əməliyyatın MTN, yoxsa "Bandotdel" tərəfindən yerinə yetirildiyi isə hələ ki, açıqlanmayıb.
 
Eyni zamanda redaksiya Elton Məmmədovla da əlaqə yaratmağa çalışıb, deputat da zəngləri cavabsız buraxıb.
скачать dle 12.1
Xəbər lenti