Paytaxtda və regionda yanğın

12-10-2015, 16:51
0
Paytaxtda və regionda yanğın
Gədəbəy rayonu, Novosaratovka kəndində vətəndaşlara məxsus ümumi sahəsi 198 kv.m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyü yanıb.
 
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin, tövlənin və ot tayasının qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 02:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Daha bir yanğın hadisəsi paytaxtın Yasamal rayonunda baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 53 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
скачать dle 12.1
Xəbər lenti